Çərşənbə, 15 May

Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək

image

Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması "TikTok"dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.

Xəbər verilir ki, rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.

Yeni Zelandiyadakı qadağa bu ayın sonunda qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın insanın ictimai telefonlarına şamil ediləcək.

Bundan sonra digər qurumlar öz qadağalarını tətbiq etməyə qərar verə biləcəklər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00